Ərdoğan Qələbə paradında iştirak edəcək
Türkiyə KİV-nin yaydığı məluma görə yaxın günlərdə Azadlıq meydanında keçiriləcək hərbi paradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Hazırda Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi üçün hazırlıq işləri görülür.
Sosial şəbəkələrdə dekabrın 10-da keçirilməsi planlaşdırılan paradın hazırlıq işlərinin görüntüləri yayılıb.
Paradda Vətən Müharibəsində düşməndən qənimət kimi ələ keçirilmiş hərbi texnika nümayiş etdiriləcək.


