Cozef Bayden: Rusiya terrorizmin sponsoru kimi tanınmamalıdır

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın terrorizmin sponsoru kimi tanınmamalı olduğunu deyib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Cozef Bayden bunu Ağ Evdə Rusiyanın terrorizmin sponsoru hesab edilib-edilməməsi ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.

Bundan öncə ABŞ Dövlət departamenti qeyri-rəsmi olaraq Konqresə Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsinin mümkün mənfi nəticələrindən narahat olduğunu çatdırıb. Belə ki, bu halda, Ukrayna taxılının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Rusiya məhsullarının tədarükü ilə bağlı İstanbulda əldə olunan çoxtərəfli razılaşmalar təhlükə altına düşəcək, həmçinin nüvə silahı sahəsində sazişlər üzərində işlərə dəstək çətinləşəcək.

Ukrayna Rusiyanın terrorçuluğun sponsoru kimi tanınmasında israr etdiyi halda, Moskva bu addımın ABŞ-Rusiya əlaqələrinin kəsilməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.