Çexiyanın şəhərlərində Zəfər Günü münasibətilə məlumatlandırıcı aksiyalar keçirilib

Çex Respublikasının şəhərlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin dəstəyi və Çex-Azərbaycan Birliyinin təşəbbüsü ilə təşkil olunan aksiya Praqa, Karlovı Varı, Plze, Olomouc, Ostrava, Tabor, Ceske Budejovice, Jihlava, Strakonice, Usti nad Labe, Liberec, Hradec Kralove, Zlín, Ucherský Hradiste şəhərlərində baş tutub.

Aksiya zamanı 27 bilbordda Azərbaycanın dövlət bayrağının və azad olunmuş Şuşa şəhərinin təsviri fonunda “8 noyabr 2020. Qarabağa sülhün gəldiyi gündür” məlumatı əks olunub.