Britaniya Rusiyalı şəxsə və quruma sanksiyaları genişləndirib

 

Britaniya hökuməti daha 350 Rusiyalı şəxsə və quruma qarşı sanksiyalar elan edib.

APA-nın London bürosunun xəbərinə görə, bununla Putinin Ukraynanı işğalımdan bəri tətbiq edilən sanksiyaların ümumi sayı 1000-i keçib; bunların təxminən 775-i fiziki şəxslərə, qalanları isə banklara, qurumlara, şirkətlərə və törəmə şirkətlərə aiddir.

Qeyd edək ki, bu hün Böyük Britaniya hökuməti həmçinin Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyub və bu ölkədən vodka (araq) kimi məşhur məhsulların idxal tariflərini artırıb.