Azərbaycan və Moldova arasında biznes forumlar keçiriləcək
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşüb.
APA xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.
O qeyd edib ki, görüşdə ixrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes forumların təşkil edilməsi barədə ətraflı müzakirələr aparılıb.


