Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlıq üçün konkret addımlar atacaq

Azərbaycan, Türkiyə və Türkmənistan ticarət, enerji, nəqliyyat, iqtisadiyyat, gömrük, təhsil, elm və mədəniyyət sahələrində konkret addımlar atacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avazada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünə dair açıqlamasında bildirib.


O qeyd edib ki, üç ölkənin əməkdaşlığı həm də regional rifah və təhlükəsizliyə töhfə verəcək.