Almaniyanın müdafiə naziri: Ukraynanın Aİ-yə üzvlüyü üçün konkret tarix mümkündür 

 

Almaniyanın müdafiə naziri Boris Pistorus Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün müəyyən bir tarixlə bağlı razılaşmanın real olduğunu bildirib. 

Bu fikri NATO Müdafiə Nazirlərinin görüşü ərəfəsində jurnalistlərə səsləndirib. 

"Konkret bir tarix həmişə mümkündür", – Pistorus bildirib. 

Almaniyanın müdafiə naziri bu tarixlərin müəyyənləşdirilməsinin ayrıca müzakirələr tələb etdiyini vurğulayıb. 

"Hansı tarix olmalıdır? Bu barədə danışıqlar aparılmalıdır. Bu, anın təsiri altında müəyyən edilə biləcək bir şey deyil", – o əlavə edib.