Aİ Ukraynaya 90 mlrd. avro kredit və Rusiyaya qarşı yeni sanksiyaları rəsmən təsdiqləyib 

 

Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni - 20-ci sanksiyalar paketini qəbul edib. 

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” hesabında bildirib. 

“Aİ-nin Ukraynada ədalətli və davamlı sülhə nazil olmaq strategiyası iki sütuna söykənir: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması. Bu gün biz hər ikisində irəlilədik - Ukraynaya 90 milyard avroluq krediti təsdiq etdik, hansı ki, 2026-2027-ci illərdə hərbi və maliyyə yardımını nəzərdə tutur və Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul etdik”, - Koşta qeyd edib. 

O vurğulayıb ki, 20-ci sanksiyalar paketinin qəbul edilməsi Rusiyanın müharibə aparmaq qabiliyyətini zəiflədir. 

Koşta Avropanın Ukraynanı dəstəkləmək yolunda möhkəm dayandığını əlavə edib.