ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa edir 

 

ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəlib. 

Bu barədə ABŞ-ın Avropa Komandanlığı məlumat yayıb. 

Məlumata görə, razılaşma iki ölkənin hərbi nümayəndələri arasında Əbu-Dabidə keçirilən görüşdə əldə olunub. 

“Rabitə kanalı davamlı olaraq iki ölkənin hərbi rəhbərliyi arasında əlaqəni təmin edəcək”, - komandanlıqdan bildirilib. 

Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksək səviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.