1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun  bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsini davamlılığı,onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il avqustn 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır.Qanunda uşaqların hüquq bərabərliyi,vicdan ,söz və məlumat azadlığı,yaşamaq və inkişaf etmək, tərbiyə almaq,şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycand Respublikasının Prezidenti İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamış-dır. “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”na əsasən məktəblərimiz müasir kompyuter və digər İKT avadanlığı ilə təchiz edilmişdir. 

    “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, Ölkəmizin, Millətimizin, Dövlətimizin sabahı bundan aslı olacaqdır”

                                                                                                Ümummilli lider Heydər Əliyev.

     Mən dünyada köpə qığıltısamdan əzəmətli himn görmədim.

                                                                                                   Viktor Hüqo                 .