Ukrayna XİN başçısı Brüsselə gedir

 “Ukrayna fərdi və ləyaqət əsasında qiymətləndirməyə layiqdir”.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

Ukraynalı nazir bildirib ki, o, Aİ-nin Rusiyaya qarşı neft embarqosunu ehtiva edən altıncı sanksiyalar paketinin təsdiqlənməsinə təkan vermək üçün Brüsselə səfərə gedir.

“Mən həmçinin əlavə silah tədarükünə və Ukraynaya Aİ-yə namizəd statusunun verilməsinə diqqət yetirəcəyəm. Biz inanırıq ki, Ukrayna fərdi və ləyaqət əsasında qiymətləndirməyə layiqdir”, - nazir Kuleba qeyd edib.