Ukrayna və Norveç Baş nazirləri Rusiyaya qarşı mübarizəni müzakirə ediblər

 

Ukrayna Baş naziri Denis Şmiqalla norveçli həmkarı Yonas Qahr Stere arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bunu D.Şmiqal tviter səhifəsində yazıb.

Tərəflər Rusiyaya qarşı birgə mübarizəni müzakirə ediblər.

Hökumət başçıları həmçinin Ukraynanın qazla təmin edilməsi barədə fikir mübadiləsi aparıblar.