Türkiyənin müdafiə naziri: “Qarabağda xidmət müddəti ilə bağlı məsələni Rusiyayla müzakirə edəcəyik”

 “Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi ilə bağlı memorandum imzalanıb. Hazırda Mərkəzin inşası davam edir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.