Türkiyənin Müdafiə naziri: Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla öz gücündən çox üstün olan işlərə girişir

 KIV-nin yaydığı məlumata görə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Ermənistanla Azərbaycan arasındakı gərgin vəziyyətlə bağlı deyib ki, “Ermənistan başından böyük işlərə girişib. Türkiyə haqq və hüququn tərəfindədir. Bəli, biz tərəfik. Qardaşlığın, haqqın, hüququn tərəfiyik. Azərbaycan türkü bizim qardaşımızdır. Biz bir millət, iki dövlətik. Bizim kimin tərəfində olduğumuza heç kimin şübhəsi olmasın. Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla öz gücündən çox üstün olan işlərə girişir”.