Türkiyə və Böyük Britaniya XİN başçıları Yaxın Şərqdəki müharibəni müzakirə edib 

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper arasında telefon danışığı olub. 

APA-nın Türkiyə bürosunun məlumatına görə, tərəflər Yaxın Şərq regionunda davam edən müharibənin başa çatdırılması və davamlı sülhün təmin olunması istiqamətində aparılan diplomatik təşəbbüsləri müzakirə ediblər.