Türkiyə Prezidenti fəlakət bölgəsində olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sel sularının meydana gətirdiyi fəlakət bölgəsində olub.
Kastamonu vilayətinin Bozkurt rayonuna gələn Türkiyə Prezidenti burada davam edən axtarış-xilasetmə işləri ilə tanış olub.
Burada əhaliyə səslənən Prezident Ərdoğan deyib: “Allahın izni ilə bu fəlakətin də öhdəsindən gələcəyik. Dövlət olaraq baş verən fəlakətin fəsadlarının ən qısa zamanda aradan qaldırılması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bu dövlət heç bir vaxt çökməyib, yenə də çökməyəcək. Sürətlə, ən qısa zamanda dəyən zərərin qarşılanması üçün fəaliyyət davam etdiriləcək.
Bölgədə qurulan koordinasiya dövlət başçısının rəhbərliyi ilə toplantı keçirəcək, yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində görüləcək işlər müzakirə olunacaq.


