Türkiyə lideri: "Qafqazdakı problemlər həllini tapır"

 

“Taxıl dəhlizi” və əsir mübadiləsinə şərait yaratmaqla qida və eneji böhranının azalmasına töhfə veririk”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 11-də Ankarada Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı deyib.

O, bu məsələlərlə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinlə apardığı danışıqlara da toxunub: “Putin xahiş edib ki, taxıl varlı Avropa ölkələrinə yox, kasıb ğölkələrə daşınsın. Düzü, mən də bununla razılaşdım. Beləliklə, proses başladı. İndi də yaralılar üçün humanitar dəhlizin açılmaısnı istəyirik”.

R.T.Ərdoğanın sözlərinə görə, Azərbaycan və Liviyada yaralananların da müalicəsi Türkiyə olmuşdu: “Bu bizim vəzifəmizdir”.

Türkiyə lideri onu da bildirib ki, Qafqazdakı problemlər həllini tapır.