Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir 

İsrail Azərbaycanla əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir. 

Bu barədə İsrailin Bakıdakı səfirliyinin "X" hesabındakı paylaşımında deyilir. 

Paylaşım İsrailin müstəqilliyinin 78-ci ildönümünə həsr olunub. 

"İsrailin 78-ci ildönümünü qürurla qeyd edir və İsrail ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın bundan sonra da daha da güclənəcəyinə səmimi ümidimizi ifadə edirik. Müstəqillik Günün mübarək, İsrail", - paylaşımda qeyd olunub.