Rusiyanın TŞ katibi Şimali Qafqazdakı vəziyyətlə bağlı iclas keçirəcək
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu gün Qroznıya gedib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Patruşevin və Şimali Qafqaz Federal Dairəsində milli təhlükəsizlik məsələləri üzrə planlaşdırılmış iclas keçirəcəyi bildirilib.
Təhlükəsizlik Şurasının sözçüsü Yevgeni Anoşin jurnalistlərə bildirib ki, iclasda iqtisadi təhlükəsizliyin təmin edilməsi, beynəlxalq ekstremist və terror təşkilatlarına qarşı mübarizə üzrə əlavə tədbirlər, o cümlədən əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üzrə tədbirlərin təşkili, planlaşdırılması və həyata keçirilməsinin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır”.


