Rusiya və Ukrayna Çernobıl AES-in birgə mühafizəsi haqda razılığa gəlib

 

Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasının (AES) təhlükəsizliyinin birgə təminatı ilə bağlı razılığa gəlib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya və Ukrayna enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər: “Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib”.

Zaxarova əmin edib ki, Rusiya tərəfi bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.