Resurs Analitik İnformasiya Mərkəzi yeni layihəsini təqdim edir

            RESURS ANALİTİK İNFORMASİYA MƏRKƏZİ dövlətin  sosial  iqtisadi siyasətinə  dəstək olaraq vətəndaş cəmiyyətinin inkişafı, hüquqi dövlətdə vətəndaş qanun münasibətlərinin sosial-psixoloji problemləri, cəmiyyətdə mövcud olan sosial-iqtisadi problemlərin həlli istiqamətində hüquqi maarifləndirmə mövzusunda ölkəmizə, dövlətimizə, ölkəmizin dəyərli sərvəti olan vətəndaşımıza xidmət məqsədilə vətəndaş cəmiyyətində hüquqi savadın artırılması ilə bağlı yeni layihəsini həyata keçirir. Sosial siyasət  dövlətin daxili siyasətinin başlıca hissəsi oldugundan, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağın ifadə olunması və  cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.

              Layihənin əsas mahiyyəti sosial sahədə yaranan problemlərin hüquq müstəvisində müzakirə edilib araşdırılması, problemin müsbət həllində müvafiq qərarların verilməsi və hüquqi maarifləndirmə işinin aparılmasının həyata keçirilməsidir.

              Bu istiqamətdə Resurs Analitik İnformasiya Mərkəzinin bütün internet səhifələri və digər kontaktları hər bir vətəndaşımızın  təmənnasız hüquqi məsləhət alması üçün açıqdır. Müraciətləriniz  resursaim.az saytı və aşağıda qeyd etdiyimiz internet səhifələrində qeydə alınır.

 Əlaqə nömrələri və internet səhifələri aşağıdakılardır.

       resurs.aim@mail.ru     resursaim@gmail.com

       012-375-42-15, 050-807-55-89 (qaynar xətt )

Qeyd etdiyimiz layihə tezliklə SƏS TV-nin efirində "Hüquq saatı" verlişində yayımlanacaq.

 

Resurs Analitik İnformasiya Mərkəzinin mətbuat xidməti