RESURS ANALİTİK İNFORMASİYA MƏRKƏZİ YENİ LAYİHƏSİNƏ ARTIQ START VERİB
Resurs Analitik İnformasiya Mərkəzi dövlətin sosial iqtisadi siyasətinə dəstək olaraq vətəndaş cəmiyyətinin inkişafı, hüquqi dövlətdə vətəndaş qanun münasibətlərinin sosial-psixoloji problemləri, cəmiyyətdə mövcud olan sosial-iqtisadi problemlərin həlli istiqamətində hüquqi maarifləndirmə mövzusunda ölkəmizə, dövlətimizə, ölkəmizin dəyərli sərvəti olan vətəndaşımıza xidmət məqsədilə cəmiyyətdə vətəndaşların hüquqları və öhdəlikləri yönündə biliklərinin daha da inkişaf etdirilməsi ilə bağlı yeni layihəsini həyata keçirir. Sosial siyasət dövlət siyasətinin başlıca hissəsi oldugundan, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağının ifadə olunması və cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.
Layihəmizin əsas mahiyyəti sosial sahədə yaranan problemlərin hüquq müstəvisində müzakirə edilib araşdırılması, problemin müsbət həllində, istiqamətində müvafiq tədbirlərin görülməsi və hüquqi maarifləndirmə işinin aparılmasının həyata keçirilməsidir.
Məqsədimiz odur ki, ölkəmizə, dövlətimizə, cəmiyyətimizə faydalı işlər təqdim edək, vətəndaşımızı maarifləndirək, hüquqlarının müdaifəsində onlara yardımcı ola bilək. Bununla bağlı biz (resursaim.az) saytımızda xüsusi “pulsuz hüquqi xidmət” bölməsi yaratmışıq və istənilən vətəndaşımız müraciət edib hüquqi sualını ünvanlaya bilər. Yaxın günlərdə resursaim facebook səhifəsində canlı olaraq suallarınızı cavablandırcağıq. Tarix barədə öncədən məlumat veriləcəkdir. Bununla yanaşı SƏS TV efirində "hüquq saatı" verilişi də bu layihəyə uyğun olaraq həyata keçirilir.
Layihənin müəllifi Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırovdur.


