Rəcəb Tayyib Ərdoğan: AKP-nin hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb
Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə Türkiyənin valyuta ehtiyatları dəfələrlə artıb. Bu vəsaiti ehtiyac olan vaxt üçün tədarük etmişik.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.
Gündəlikdəki mühüm məsələlərlə yanaşı, Türkiyə Mərkəzi Bankından guya 128 milyon ABŞ dolları məbləğində vəsaitin yoxa çıxmasına dair şayiələrə də aydınlıq gətirən Prezident Ərdoğan əminliklə bildirib ki, bütün bunlar uydurulmuş yalan və iftiradır. Bütün sahələrdə olduğu kimi, maliyyə sektorunda da AKP-nin siyasətinin açıq və şəffaf olduğunu deyən Rəcəb Tayyib Ərdoğan bildirib: “Mərkəzi Bankın ehtiyatlarını 27,5 milyard dollardan 135 milyard dollara yüksəltmişik. Bu ehtiyatı bankda saxlamaq üçün deyil, ölkəmizin ehtiyacı olanda istifadə etmək üçün toplamışıq”.


