Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib : Şəhidlərimizi ehtiramla yad edirik!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızla bağlı paylaşım edib.

Dövlətimizin başçısının “Facebook” səhifəsindəki paylaşımında Xarıbülbül simvolunu paylaşaraq fotoya “Şəhidlərimizi ehtiramla yad edirik!” deyə qeyd olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.