Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. 

Bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir. 

Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb. 

.