NATO Əfqanıstandakı vəziyyətlə əlaqədar fövqəladə iclas keçirib
NATO-nun siyasi qərarvermə orqanı olan Şimali Atlantika Şurası Əfqanıstandakı vəziyyətlə əlaqədar fövqəladə iclas keçirib.
AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun mənzil qərargahındakı mənbə bildirib.
Mənbə deyib ki, "Taliban" yaraqlılarının hücumu ilə əlaqədar ABŞ-ın diplomatik və mülki personalını bu ölkədən çıxarmasını elan etməsindən sonra NATO Əfqanıstandakı vəziyyəti müzakirə edib.


