Müdafiə naziri ABŞ-ın qoşunlarını Almaniyadan çıxarmaq qərarına münasibət bildirib 

 

Avropa ölkələri öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdır. 

Sky News-un yaydığı məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Almaniyadan qoşun çıxarmaq qərarına münasibət bildirərkən deyib. 

O qeyd edib ki, Almaniya gələcək missiyalarda Böyük Britaniya, Fransa, İtaliya və Polşanı əhatə edən “Beşlər qrupu” ilə sıx əməkdaşlıq edəcək. 

Nazirin sözlərinə görə, ABŞ-ın, Almaniya da daxil olmaqla, Avropadan qoşun çıxarması əvvəlcədən proqnozlaşdırılırdı. 

Qeyd edək ki, Pentaqon Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını açıqlayıb.