Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclası keçirilib.

TASS-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.

Toplantını Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.

O bildirib ki, toplantının sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə tövhə verəcək.

İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər.