KİV: Yaponiyanın neft tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib 

 

Yaponiyaya məxsus neft tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib. 

Bu barədə “Tasnim” məlumat yayıb. 

Məlumata görə, 2 milyon barel xam neft daşıyan Yaponiyanın “İdemitsu Maru” tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib. Bildirilib ki, sözügedən tanker aprelin 17-də Səudiyyə Ərəbistanının Ras Tanura limanından yola düşüb. 

Qeyd edək ki, “İdemitsu Maru” tankeri fevralın sonlarından etibarən Səudiyyə Ərəbistanının limanında yerləşib.