İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb 

 

İran hüquq-mühafizə orqanları İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən daha 97 nəfəri saxlayıb. 

Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb. 

Məlumatda həbs olunanlar “İsrail əsgərləri” adlandırılıb. 

Onların üzərindən xeyli sayda silah-sursatın aşkarlandığı qeyd edilib. 

Qeyd edək ki, daha əvvəl İranda "düşmənlə əməkdaşlıq etməkdə" şübhəli bilinən ən azı 500 nəfər saxlanılıb.