İqlim Dəyişikliyi Konfransında dünyanın yaşıl iqtisadiyyata keçidinin maliyyələşdiriləcəyi müzakirə olunur

 

Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Konfransında bu gün diqqət dünyanın yaşıl iqtisadiyyata keçidin necə maliyyələşdiriləcəyinə yönəlib.

AZƏRTAC xəbər verir ki, ikihəftəlik iqlim konfransının bugünkü mövzusu maliyyə ilə bağlıdır və tədbirə ev sahibliyi edən ölkə kimi ilk çıxışı Böyük Britaniyanın maliyyə kansleri Rishi Sunak edib.

Onun sözlərinə görə, maliyyə nazirlərinin qarşısında duran əsas vəzifə dünyada mövcud olan təbii sərvətləri planetimizi qorumaq üçün yönləndirməkdir.

R.Sunakın fikrincə, yanaşmanın üç əsas istiqaməti var: dövlət investisiyası, özəl investisiya və daha yaşıl maliyyə sistemi.

Xatırladaq ki, 200-ə yaxın ölkənin iştirak etdiyi konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.