Hulusi Akar Yunanıstanı dialoqa çağırıb: “Türkiyəyə gələ bilərlər”

 “Sevindirici haldır ki, bəzi yunan siyasətçiləri həqiqəti anlamağa başlayıb. Bizim arzumuz problemlərin danışıqlar yolu ilə həllidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Yunanıstanın provokasiya xarakterli ritorikası davam edir. Milli müdafiə naziri vurğulayıb ki, Afinanın təxribatçı addımlarına baxmayaraq rəsmi Ankara soyuqqanlı davranır: “Yunanıstan hər dəfə “suları bulandırmağa” çalışır”.

H.Akar Türkiyənin daim müzakirələrə hazır olduğunu söyləyib: “Onlar da Türkiyəyə gələ bilər, biz də Yunanıstana gedə bilərik. Biz kimsə təhdid mənbəyi deyilik”.