Əminə Ərdoğan Azərbaycana təşəkkür edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, o, bunu tviter səhifəsində yazıb.

“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq”, - paylaşımda qeyd edilib.