Dünya Bankı ilə Azərbaycan arasında əlaqələrin perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə Azərbaycan arasında əlaqələrin perspektivləri müzakirə edilib.

AZƏRTAC İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus arasında keçirilən görüşdə potensial investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.