Cəfər Hüseynzadə NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində olub 

 

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzini ziyarət edib. 

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. 

Ziyarət çərçivəsində həmçinin C.Hüseynzadə Mərkəzin direktoru Gytis Kazokas ilə görüşüb. 

Görüş zamanı Azərbaycanın NATO-dakı nümayəndəsinə Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.