Britaniya Baş naziri Çinə dörd günlük səfərə gedir 

 

Böyük Britaniya Baş naziri Kir Starmer sabah Çinə dörd günlük rəsmi səfərə yola düşəcək. 

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, bu, 2018-ci ildən bəri Britaniya Baş nazirinin Çinə ilk rəsmi səfəridir. 

Bundan əvvəl o vaxtkı Baş nazir Tereza Mey 2018-ci ildə Pekinə üç günlük səfər edib.