Bekir Şahin: Qafqazda və Orta Asiyada cinayətkarlığa qarşı fəaliyyətin əlaqələndirilməsi bu mübarizəni daha səmərəli edəcək

Qafqazda və Orta Asiyada cinayətkarlığa qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsi bu mübarizənin daha səmərəli olmasını təmin edəcək.

Bunu noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Baş prokurorlarının ilk iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin bildirib.

Bekir Şahin qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurası cinayətkarlığa qarşı mübarizədə səmərəli rol oynayacaq.