Bakıda keçiriləcək WUF13-də 41 ölkə pavilyonla iştirak edəcək 

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 41 ölkə pavilyonla iştirak edəcək. 

Bu barədə WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı görülən işlərlə bağlı media nümayəndələrinə məlumat verərkən deyib. 

Onun sözlərinə görə, WUF13 ilə bağlı "Urban Expo" zonası 3,5 hektar sahəni əhatə edir: 

"Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşəcək. Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetrdir". 

A.Məmmədov həmçinin bildirib ki, tədbirə 14-ə yaxın ölkənin bələdiyyə nümayəndəsi qatılacaq.