Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Stoltenberqin köməkçisi ilə görüşüb
Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müdafiə sahəsinə investisiyalar üzrə köməkçisi Vendi Gilmurla görüşüb.
APA xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə "Twitter"də bildirib.
"Biz NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Şərq və Qərb arasında əlaqələnmədə rolu, eləcə də regionumuzdakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi haqqında yaxşı müzakirələr apardıq", - o deyib.