Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfərə gedib
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultana səfərə gedib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi MDB dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etməkdir.


