Azərbaycan XİN İsrailə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.
"Meron Dağıdakı kütləvi Lag B'Omer hadisəsindəki faciəvi qəza ilə bağlı xəbər bizi çox kədərləndirdi. Bu dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk . Bütün yaralananların tezliklə sağalmasını arzu edirik."


