Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Oktyabrın 13-də təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Soli ilə görüşüb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.


