Azərbaycan və Çin XİN rəhbərləri görüşüb 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, Ceyhun Bayramovun səfəri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının güclü impulsunu, siyasi dialoq və əməkdaşlığın dərinləşdirilməsinə ortaq öhdəliyi əks etdirir.