Azərbaycan səfiri Monakonun xarici işlər və əməkdaşlıq üzrə naziri ilə danışıqlar aparıb 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Monakonun hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə naziri İzabel Berro-Amadey ilə danışıqlar aparıb. 

Bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

"Monakoda səmərəli danışıqlar aparılıb. Hökumət məsləhətçisi - xarici işlər və əməkdaşlıq üzrə nazir İzabel Berro-Amadeyə, eləcə də hökumət məsləhətçisi - avadanlıq, ətraf mühit və şəhərsalma üzrə nazir Selin Karon-Dajoniyə təşəkkür edirəm", - L.Abdullayeva yazıb.