Azərbaycan Hərb Tarixi Muzeyində "Zəfər zalı" yaradılacaq

Azərbaycan Hərb Tarixi Muzeyində "Zəfər zalı" istifadəyə veriləcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, polkovnik Əzizağa Qənizadə deyib.

Ə. Qənizadə bildirib ki, “Zəfər zalı”nda Vətən müharibəsinə aid, Qarabağdan gətirilmiş bütün eksponatlar saxlanılacaq.

Zal iki ay ərzində istifadəyə veriləcək.