Azərbaycan Almaniya ilə iqtisadi əlaqələrin inkişafını müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir məlumat verib.
Onun sözlərinə görə, görüşdə iki ölkə arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti və inkişafı istiqamətləri, investisiya, enerji, tvinninq layihələri, biznesə dəstək sahəsində əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.


