Ali Baş Komandan İlham Əliyevi Brüsseldə Avropadakı vətənpərvər azərbaycanlılar qarşılayıb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün Brüsselə səfər edib.

Ali Baş Komandanı Belçika paytaxtında Avropada yaşayan çoxsaylı azərbaycanlı vətənpərvər qarşılayıb.

Əllərində ingilis, fransız və digər dillərdə müxtəlif plakatlar tutmuş azərbaycanlılar Prezident İlham Əliyevə dəstək şüarları səsləndiriblər.