Aİ Rusiyaya qarşı sanksiyaları rəsmən təsdiqləyib - YENİLƏNİB
Avropa İttifaqı Rusiyanın Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
APA-nın TASS agentliyinə istinadla xəbərinə görə, “DXR” və “LXR”-in “müstəqilliyi”nin tanınmasının lehinə səs verdikləri üçün deputatlara qarşı sanksiya tətbiq edilib.
Siyahıda adı olan fiziki şəxslər Donetsk və Luqanskda sərmayə qoyan və bu regionlara maddi dəstək verən iş adamlarıdır.
Avropa İttiqafı (Aİ) Rusiya tərəfindən “DXR” və “LXR”-in müstəqilliyinin tanınmasına görə, sanksiyaları rəsmi təsdiqləyib.
APA-nın, “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Fransanın Aİ-dəki nümayəndəsi məlumat yayıb.


