EVDƏ QALAQ!
Əziz vətəndaşlarımız, güclü xalqımız hər bir kəsin sağlamlığı bizim dövlətimiz üçün çox qiymətlidir, bizim dövlətimizin ən böyük sərvəti AZƏRBAYCAN VƏTƏNDAŞIDIR.
Gəlin öz dövlətimizin, öz vətəndaşımızın, öz ailəmizin, özümüzün sağlamlığını düşünərək bu həmrəyliyə qoşulaq və bu virusun inkişafına, hərəkət etməyinə şərait yaratmayaq və əzmkarlıq göstərərək ona qalib gələk!
ƏZİZ MİLLƏTİMİZ EVDƏ QALAQ VƏ DÖVLƏTİMİZƏ BU ÇƏTİN İŞDƏ BİRLİYİMİZİ NÜMAYİŞ ETDİRƏRƏK, KÖMƏK EDƏK. Yəni hərə öz üzərinə düşən vəzifəni və məsuliyyəti lazımınca dərk edib, layiqincə yerinə yetirsə nə cəmiyyətimizi, nə vətəndaşımızı, nə dövlətimizi heç bir təhlükə gözləmir. Nəinki təhlükə, istənilən nailİyyəti əldə etmək üçün hər kəs öz vəzifəsini və məsuliyyətini lazımınca dərk edib, ləyaqətlə yerinə yetirməlidir. Bunun üçün HƏMRƏY olaq. Dövlətimizin, cəmiyyətimizin və gələcəyimizin sağlamlığına öz tohfəmizi verək.
RESURS ANALİTİK İNFORMASİYA MƏRKƏZİ