MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI

Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)

 Qondarma “Dağlıq Qarabağ” məsələsi və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri.

Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində.

Qondarma “Dağlıq Qarabağ” məsələsi və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri Qarabağ məsələsi iki əsrdir ki, zaman-zaman gündəmə çixir. 1923-cü ilin iyulunda Azərbaycanın iradəsinə zidd olaraq, Moskva mərkəzinin bolşevik havadarlarının dəstəyi ilə ona vilayət statusu verilmişdi. Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-şərqində yerləşir, ərazisi təqribən 4,4 kv. km-dir. Tərkibinə 5 rayon-Əsgəran, Hadrut, Mardakert (Ağdərə), Martuni (Xocavənd) və Şuşa daxildir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyənin şərqindən bura kütləvi şəkildə ermənilərin köçürülməsi nəticəsində əhalinin milli tərkibindəki nisbət ermənilərin xeyrinə dəyişmişdi. 1989-cu ildə vilayətdəki əhalinin 73,4%-i ermənilər, 25,3%-i azərbaycanlılar, 1,3%-i isə qeyri millətlər təşkil etmişdi (12, s. 234). Sovet İttifaqının “yenidənqurma”, “aşkarlıq” siyasətindən istifadə edən ermənilər yenidən Azərbaycana ərazi iddialarını qaldırdılar. Milli qızışdırmada erməni ziyalılarının, xüsusən P.Qazaryanın, Zori Balayanın, Silva Kaputikyanın və b. azərbaycanlılara iftira və təh- 296 qirlə dolu, tarixi saxtalaşdırıcı “əsərlər”inin də mühüm rolu olmuşdu. 1987-ci ilin avqustunda Ermənistan Elmlər Akademiyası Moskvaya Dağlıq Qarabağın və hətta Naxçıvanın Ermənistana verilməsi barədə yüz minlərlə erməni imzası ilə xahiş ərizəsi göndərilmişdi. 1987-ci ildə Ulu öndərimiz H.Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından istifadə edən “Qarabağ Komitəsi” oktyabrda İravanda ilk açıq mitinq keçirdi. Bu komitə Azərbaycanda, xüsusən Dağliq Qarabağda uzun müddət fəaliyyət göstərən yerli “Krunk” təşkilatı açıq fəaliyyətə başladı. “Miatsum” hərəkatı genişləndi. Ona rəhbərlik etmək məqsədi ilə 1988-ci il mayın 2-də “55-lər Komitəsi” yaradıldı. Erməni millətçiləri Dağlıq Qarabağın Ermənistana verilməsini tələb edərkən Azərbaycanın guya vilayətin sosial-iqtisadi və mədəni inkişafına diqqət vermədiyini əsas kimi götürürdülər. Halbu ki, Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ vilayəti Azərbaycanın digər bölgələrinə nisbətən daha yüksək templə inkişaf etmişdi. 1988-ci ilin əvvəllərində Ermənistanın dəstəyi və Mərkəzin müşahidəsi və qızışdırıcı siyasəti ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatları daha da artdı. 1988-ci il fevralın 20-də DQMV Sovetinin sessiyası “DQMV-nin Ermənistanın tərkibinə daxil edilməsinə razılıq verməsini təklif etdi. Ermənistan SSR Ali Soveti 1988-ci il iyunun 15-də Azərbaycan SSR Ali Sovetindən DQMV-in Ermənistanın tərkibinə daxil edilməsinə razılıq verməsini təklif etdi. İyunun 21-də Vilayət Xalq Deputatları Sovetinin fövqəladə sessiyası SSRİ Ali Sovetinə müraciətlə DQMV-nin Ermənistan SSR-ə verilməsini xahiş etdi. İyulun 12-də Vilayət Sovetinin sessiyası qeyri-qanuni olaraq DQMV-nin Azərbaycanın tərkibindən çıxdığı və Ermənistana birləşdirildiyi barədə qeyri-qanuni qərarı elan etdi. Sentyabrın 18-də ermənilər Xocalıya hücum etdilər. Sentyabrın 21 və oktyabrın 18-də Xankəndində azərbaycanlıların və buna cavab olaraq, Şuşada ermənilərin evləri, avtomobilləri yandırıldı (87, s. 34). 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyyəti “Azərbaycan SSR-nin DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi və birbaşa Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Bundan isti- 297 fadə edən ermənilər 1989-cu ilin iyununda Qarabağdakı Azərbaycan kəndlərini mühasirəyə aldılar, sovet ordu hissələrinin köməyi ilə Xankəndindən bütün azərbaycanlıları (14 min) çıxardılar (12, s. 236-237). Azərbaycan demokratik qüvvələrinin tələbi ilə 1989-cu il noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv olundu. Vilayətin idarəçiliyi V.Polyaniçkonun başçılığı ilə Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “DQMV-nin Ermənistana birləşdirmək haqqında” qeyriqanuni qərar qəbul etdi (46, s. 23; 66). Xankəndində Ermənistan SSR-in bayrağı asıldı. Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla sərhəd boyunca (976 km) fövqəladə vəziyyət elan etdi. 1991-ci ilin mayında bir sıra erməni kəndlərində pasport rejimi yoxlanıldı, erməni silahlı dəstələri tərksilah edildilər. Lakin, yenə də ermənilərin Azərbaycan kəndlərinə hücumları davam etməkdə idi. Bütün bunlar Azərbaycanın ictimai-siyasi durumuna kəskin mənfi təsir göstərirdi. Azərbaycanda ərazi bütövlüyü və suverenlik uğrunda xalq hərəkatı başladı. 1988-ci ilin əvvəllərində (fevralın 19) ilk etiraz çıxışları başlandı. Xankəndində bir azərbaycanlının öldürülməsi xəbərini eşidən ağdamlılar fevralın 24-də Xankəndinə yürüş etdilər. Yürüş zamanı Əsgəranda 2 nəfər öldürüldü və 19 nəfər yaralandı. 1988-ci il noyabrın 17-də “Topxana” meşəsində sənaye obyektinin tikilməsi xəbəri ilə əlaqədar “Azadlıq” meydanında xalqın izdihamlı mitinqi oldu. Noyabrın 19-da ilk dəfə “Azadlıq” meydanında AXC-nin üçrəngli bayrağı qaldırıldı. Bu tariximizə “Milli Dirçəliş” hadisəsi kimi daxil oldu. Mitinq 1988-ci il dekabrın 4-də dağıdıldı. 1989-cu ilin martında hərəkata rəhbərlik etmək üçün Xalq Cəbhəsinin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil edildi. Əbülfəz Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. Sonrakı mitinqlər artıq AXC-nin rəhbərliyi ilə idarə olunurdu. Azərbaycan SSR Ali Sovetinin 1989-cu il sentyabrın 23-də çağırılmış fövqəladə sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etdi. 1989-cu il dekabrın 31-də Naxçıvanda Araz boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvarın 18-də Biləsuvar və Cəlilabad rayonlarında sərhəd qurğuları ləğv edildi. 298 Azərbaycanın SSRİ tərkibindən çıxmaq təhlükəsini görən Mərkəz 1990-cu ilin əvvəllərində Azərbaycanda müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirildi. SSRİ müdafiə naziri D.Yazov Gəncəyə gəldi. O, “Tayfun” əməliyyat planına görə AXC-ni dağıtmaq, “demokratik hərəkatı” boğmaq üçün tədbirlər görməyə başladı. Yanvarın 13-də 1 erməninin 2 azərbaycanlını öldürülməsini təşkil etdi (78). Bakıda erməni talanları başladı. Mərkəzin tapşırığı ilə milis və digər inzibati orqanlar seyrçi mövqe tutdular. Talanlar zamanı 56 nəfər erməni öldürüldü, 112 nəfər xəsarət aldı (46, s. 24). Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciətinə əsasən 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə” fərman verdi (91, s. 37, 40). Respublika hökuməti iflic vəziyyətində idi. Mərkəz Bakı ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. Əhali Bakı ətrafında barrikadalar qurmağa başladılar. Hadisılırı nəzarət etmək üçün Moskvadan Bakıya SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko göndərilmişdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi (91, s. 82), gizli saxlanıldı. Yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerli bloku partladıldı (124, v. 77). 1990-cı il yanvarın 19- dan 20-nə keçən gecə sovet qoşunları Bakıda qanlı qırğın törətdilər. Əməliyyata SSRİ-nin hərbi naziri D.Yazov başçılıq edirdi. Əməliyyat nəticəsində 132 nəfər (116-sı azərbaycanlı) günahsız adam qətlə yetiildi. 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü, 400 nəfər həbs edildi. Bu, tariximizə “Qanlı yanvar” hadisəsi kimi daxil olmuşdu. Bakıda 3 günlük matəm elan edildi. Bakıda fövqəladə vəziyyət, kamendant saatı tətbiq edildi. AXC dağıdıldı. Bundan sonra suverenlik və azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlandı (12, s. 239-241). 299 2. Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində Moskvada 1991-ci il avqust hadisələrindən sonra Azərbaycanda siyasi vəziyyət daha da gərginləşdi. Azərbaycan xalqı respublikanın rəhbərliyinə qarşı narazılıq çıxışlarını gücləndirdi. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, Kommunist Partiyasının ağalığının, fövqəladə vəziyyətinin ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlərin götürülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın təkidi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi H.Əliyevi Ali Məclisin sədri seçdi. Ertəsi gün Ali Məclisin qərarı ilə Naxçıvan MR ərazisində prezident seçkiləri dayandırıldı. 8 sentyabr prezident seçkilərinədə A.Mütəllibov yenidən Prezident “seçildi”. Erməni silahlı qüvvələrinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Lakin düşmən hücumunun qarşısını almaq üçün dövlət səviyyəsində lazımi tədbirlər görülmürdü. 10 minlərlə dinc əhali qaçqına çevrilmişdi. Sovet Ordu hissələrinin köməyi ilə ermənilər Goranboy rayonunun bir neçə kəndini tutub dağıtdılar. Xalqın təkidi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Yerlərdə möhkəmlənmək üçün Prezident oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi təsis etdi və özünə sadiq adamları həmin vəzifələrə təyin etdi. Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk döv- 300 lət katibi akademik Tofiq İsmayılov təyin edildi. Yuxarı Qarabağda Xocavəndin erməni işğalçıları tərəfindən hücumlara məruz qalması ilə əlaqədar vəziyyəti yerində öyrənmək üçün respublikanın yüksək dövlət və hökumət nümayəndəsini aparan vertalyotun noyabrın 20-də Qarakənd erməni yaşayış məntəqəsi yaxınlığında vurulub salınması xəbəri Azərbaycan xalqını sarsıtdı. Noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər demokratik blok nümayəndəsindən və 25 nəfər iqtidaryonlü deputatdan ibarət Milli Şura yaratdı. 1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı “Viskuli” mehmanxanasında Belorus, RF və Ukrayna rəhbərləri Müstəqil Dövlətlər Birliyi yaradılması haqqında müqavilə bağladılar və SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoydüğünü elan etdilər. Dekabrın 25-də Qarbaçov SSRİ Prezidenti vəzifəsindən istefa verdi. Beləliklə, hüquqi cəhətdən SSRİ-nin varlığına son qoyuldu. Azərbaycan Respublikasında dekabrın 29-da referendum keçirildi. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1993-cü ilin əvvələrində Azərbaycanın dövlət müstəqilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, Helsinki müşavirəsinin yekun aktına və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə, martın 2-də isə BMT üzv qəbul olunmuşdu (27, s. 289). Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlərdən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövluyu, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurdu. Helsinki Müşavirəsinin Yekun Aktında irəli sürülən hüquqi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bununla belə, iqtidar dünyanın böyük dövlətlərinin Azərbaycanla bağlı maraqlarını təmin edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ 301 probleminin vaxtında həlli üçün ona lazımi dəstək verilmədi. 1991- ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıqaşkar silahlandırmaq imkanı verdi. Ali Sovetin “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. 1991-ci il oktyabrın 9-da Ali Sovet “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etmişdi. Döyüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi ilə 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, Quşçülar kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə almağa başladılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan “Daşaltı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə düşmən hərbi hissələri Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyularına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankəndindəki Rusiyaya məxsus 366-cı və 81 mexanikləşdirilmiş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf edə bildi. Lakin komandir dispetçer məntəqəsini partladaraq düşmən əlinə keçməsinə imkan vermədi, sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrəmancasına həlak oldu. Komandir Tofiq Hüseynov onlarla adamın mühasirədən çıxmasına şərait yaratdı, son gülləni özünə vurdu. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı. Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sovetin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə məcbur 302 oldu. 1992-ci ilin martında Rusiyanın əlaltısı Rəhim Qazıyev Müdafiə naziri vəzifəsini ələ keçirdi (7, s. 299). Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı (54). Hücum ərəfəsində döyüşçülərin məzuniyyətə buraxılması R.Qazıyevin niyyətindən xəbər verirdi. Mayın 7-dən 8-nə keçən gecə şəhər güclü artilleriya atəşinə tutuldu və 6000 düşmən əsgəri 72 tankla şəhərə hücum etdi (36; 54). 366-cı alay öz xidmətlərini göstərdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü (20). Azərbaycan hərbi hissələrinin döyüş texnikası şəhərdən çıxarıldı. Mayın 9-da Şuşa süqut etdi. Moskvanın dəstəyi ilə A.Mütəllibovun tərəfdarları Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyasında onu yenidən hakimiyyətə gətirdilər. AXC öz tərəfdaları və cəbhədən geri çağırdığı hərbi qüvvələrin köməyi ilə Parlament binasını, Prezident sarayını və digər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Mayın 18-də çağırılan sessiyada İsa Qəmbərov Ali Sovetin sədri seçildi. Silahlı qüvvələrin Laçından çıxarılmasından istifadə edən düşmən mayın 18- də Laçını işğal etdi. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhliz yarandı. 1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXCnin sədri Əbülfəz Elçibəy Prezident seçildi. Azərbaycanda AXCMüsavat cütlüyü hakimiyyətə gəldi. Xalq Cəbhəsi-Müsavat cütlüyü dövründə Respublikada siyasi və iqtisadi böhran dərinləşdi. Yeni idarəçilik mexanizmi işləmirdi. İqtisadiyyatda soyğunçuluq baş alıb gedirdi. İşsizlik sürətlə artırdı. 1992-ci il mayın 15-də SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqıda Daşkəsən müqaviləsinə əsasən Azərbaycana verilən silah və hərbi sursat əsasında ordunun təchizatı nisbətən yaxşılaşdı. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azərbaycanın payına düşmüşdü. Lakin Azərbaycana verilən obyektlər, texnika qənaətbəxş vəziyyətdə deyildi. Texnika qəsdən sıradan çıxarılır, işlək cihazlar sökülüb aparılırdı. Respublikanın silahlı qüvvələrini vahid mərkəzdən idarə etmək məqsədilə vahid komandanlıq yaradılması haqqında 1992- 303 ci ilin iyununda verilən Prezident fərmanı müəyyən rol oynadı. Azərbaycan milli ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi ilə işğal olunmuş ərazilərin bir hissəsini quldurlardan təmizlədi. 1992-ci ilin yayında Azərbaycan ordusunun Ağdərə əmə-liyyatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmənə ciddi tələfat verdilər. Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki regionda maraqları olan Rusiya və İranı, hətta Qərb dövlətlərini də narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı guya Ermənistanı blokadaya salmaqda günahlandırıb, “Azadlığı Müdafiə Aklı”na Azərbaycana dövlət səviyyəsində hər cür yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci düzəlişi qəbul etdi. Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi. Azərbaycan ordusunda vəziyyət bərbad idi. Azərbaycan silahlı qüvvələri məğlub olur, ağır itkilər verir və geri çəkilirdilər. Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək istəyənlər 1992-ci ilin sonu-1993-cü ilin əvvəllərində hərbi qüvvələrimizi strateji əhəmiyyətli Kəlbəcərdən, az sonra Ağdərə bölgəsindən çıxardılar. Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. 1993- cü ilin fevralında Ermənistan ordusu MDB 7-ci ordusunun 128-ci motoatıcı alayının və muzdlu əsgərlərin (kazaklar) iştirakı ilə Ağdərəni ələ keçirdilər. Martın sonundan güclü atəşə tutulan Kəlbəcər 1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. 15 minədək əsir götürüldü, qız-gəlin özünü sıldırım qayalardan atıb məhv etdi. 144 yaşayış məntəqəsi işğal edildi, 500-dən çox müəssisə, 13 min ev, 100 min qaramal, 500 min davar, 5000 at, 1 mln. ev quşu, 50 min arı ailəsi, 195 min xalça və s. qarət edildi. Kəlbəcərin itirilməsi AXCMüsavat iqtidarının süqutunu yaxınlaşdırdı. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin ermənilər tərəfindən işğalını pisləyən 822 saylı qətnamə qəbul etdi. 304 II BƏND: Milli dövlətçiliyin qorunub möhkəmləndirilməsi uğrunda mübarizə (1993-1995-ci illər) Plan: 1. Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması. 2. Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin müqaviləsinin” imzalanması. 1. Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması. Hakim dairələr H.Əliyevin nüfuzundan ehtiyatlanaraq, Naxçıvan MR-ə enerji verilməsi, Bakı-Naxçıvan qatarının hərəkətini dayandırdı. Naxçıvan MR blokadaya alındı. Naxçıvan MR Türkiyədən kredit aldı, 1992-ci il mayın 28-də Sədərək-Dilucu “ümid” körpüsü açıldı. İranla da münasibət qaydaya salındı. Naxçıvan qonşu ölkələrdən enerji almaqla tələbatın qismən də olsa ödənilməsinə nail oldu. Ölkədə qurtuluş hərəkatı başladı. Hakimiyyət dairələri xoflanaraq Naxçıvanda çevriliş etməyə və Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd etdilər. Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər Nazirliyinin binasını, televiziya studiyasını ələ keçirsələr də, H.Əliyevin çağırışı ilə ayağa qalxan əhali onları geri oturtdu. 1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yarandı, Proqram və Nizamnaməsi müzakirə olunub qəbul edildi. 1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Surət Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə 305 tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respublika”sını yaratmağa çalışırdı. Eyni zamanda ölkənin şimal-şərq bölgəsində “Ləzgistan dövləti” yaratmaq istəyirdilər. Bunlar Moskvadan idarə olunurdu. İyunun 4-də hökumət hərbi qiyamı yatırtmaq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi. Ölkədə vətəndaş müharibəsi başlandı. 709 saylı hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər yaralandı. Qiyamçılar tərəfindən 1200 döyüşçü, respublika prokuroru girov götürüldü. Onlar Bakıya Ali Sovet sədrinin, Baş nazirin, bir qədər sonra isə Prezidentin istefa verməsi tələbi ilə ultimatum göndərdilər, cavab almadılar və Bakıya döğru hərəkət etdilər. Dövlət rəhbərləri son anda kömək üçün H.Əliyevə müraciət etdi. H.Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Vətəndaş müharibəsini aradan qaldırmaq üçün H.Əliyev iyunun 13-14-də Gəncədə oldu. H.Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək S.Hüseynov başda olmaqla, hərbi müxalifəti zərərsizləşdirdi. 1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi düşdü. Prezident Ə.Elçibəy iyunun 18-də gecə xəbər vermədən paytaxtı tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri H.Əliyevə həvalə etdi. H.Əliyev S.Hüseynovu Baş nazir vəzivəsinə təyin etdi və onu öz nəzarəti altında saxladı. Ə.Hümbətov 1993-cü ilin avqustunda batalyonları Fizuli bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda “Talış-Muğan Respublikasının” yarandığını elan etmiş, “hökumət” qurmuşdu. H.Əliyev həmin bölgənin deputatları, ağsaqqalları və ziyalıları ilə görüşdü, televiziya vasitəsilə əhaliyə müraciət etdi. Kortəbii mitinq “TMR” ləğv etdi. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. 1993-cü ilin avqustunda Cəbrayıl, Füzuli, Qubadlı rayonları işğal olundu. 306 Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda iştirak edənlərin 97,5%-i Prezidentə etimadsızlıq göstərdi (46, s. 494). 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı H.Əliyevi alternativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikası Prezidenti seçdi. H.Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuş, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) oxumuş, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakultəsini bitirmişdi. 1941-1967-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi orqanlarında işləmişdi. 1967-1969-cu illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilərək, 1982-ci ilə kimi bu vəzifədə çalışmışdı. O, 1982-1987-ci illərdə Sov.İKP MKnın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin Birinci Müavini olmuşdu. 1990-cı ilin yayında doğma Bakıya qayıtmışdı. Lakin, o zamankı iqtidar tərəfindən Bakıda məskunlaşmasına icazə verilmədiyindən o, anadan olduğu Naxçıvana getmişdi. 1991-1993- cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdu. 1992-ci ilin noyabrında təsis olunmuş Yeni Azərbaycan Partiyasının sədri seçilmiş, vəfat edənə qədər bu vəzifəni daşımışdı. 1993-cü ilin iyununda o, yenidən Azərbaycan rəhbərliyinə gətirilmişdi. 1993-2003-cü illərdə Müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuşdu. İki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş,SSRİ-nin və xarici dövlətlərin yüksək orden və medalları ilə təltif olunmuşdu. 2003-cü il dekabrın 12-də dünyasını dəyişmişdi (12, s. 255). H.Əliyev öz vəzisifəsini dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başladı. 1993-cü il sentyabrın 24-də Azərbaycan MDB-yə daxil oldu. Müxtəlif siyasi qüvvələrin döyüş bölgələrində törətdikləri təxribat nəticəsində Zəngilan rayonu da oktyabrın 29-da işğal edildi. 307 Dağlıq Qarabağ məsələsinin qondarılması zəminində başlamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində respublika ərazisinin 20 %-ə qədəri işğal edildi, 20 minə yaxın adam öldürüldü, 50 mindən çox insan yaralandı və əlil oldu, 4 minə qədər adam əsir alındı və ya girov götürüldü, bir milyondan çox insan qaçqına çevrildi. Erməni işğalı nəticəsində Azərbaycanın 900-dən çox kəndi, 10 şəhəri, 11 şəhər tipli qəsəbəsi, 88 min yaşayış binası, 1000-dən çox iqtisadi obyekti, 250 məktəbi və digər təhsil müəssisəsi, 250 tibb müəssisəsi qarət edildi və dağıdılıb yandırıldı. Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. H.Əliyev 1993-cü il noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət etdi və birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Könüllülərdən ibarət taborlar yaradılıb cəbhəyə göndərildi. Beyləqan istiqamətində hücuma keçən düşmən itki verib geri çəkilməyə məcbur oldu. 1994-cü ilin əvvəllərində Milli Ordunun hücum əməliyyatı nəticəsində Füzuli rayonun Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqəsi azad edildi. Kəlbəcər-Laçın yolu istiqamətlərində müvəffəqiyyətlər qazanıldı. 4 min düşmən əsgər və zabiti, 50 zirehli texnika, 15 artilleriya qurğusu məhv edildi. Rusiya 1992-ci ilin martında yaradılmış Minsk qrupunun üzvlərindən biri olmasına baxmayaraq, münaqişəni yatırmaq əvəzinə Ermənistanın xeyrinə saziş layihəsi təklif etdi. Azərbaycan sazişi imzalamaqdan imtina etdi. Ermənistan Ağdam və Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsini işğal etdi. Lakin Milli Ordu düşmən hücumlarının qarşısını ala bildi. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il mayın 12-də atəşkəs əldə edildi. 1994-cü il sentyabrın 20-də Prezident H.Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı. Cəmiyyətdə vahimə yaratmaq üçün mənfur qüvvələr Milli Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövləti cinayətdə ittiham olunan 4 dustağı qaçırdılar. Sentyabrın 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və 308 Prezident yanında xüsusi idarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Oktyabrın 2-də Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a yaxın döyüşçüsü Respublika Prokurorluğunun binasını zəbt etdi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra hakimiyyətinin binasını tutdular. Oktyabrın 3-dən 4-nə keçən gecə Prezident radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Gecə yarısı yüz minlərlə adam Prezident sarayı qarşısına toplaşdı və bunu görən qiyamçılar geri çəkilməli oldular. 1995-ci ilin martında yenidən dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təiynatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakıda isə R.Cavadov Prezidentin və Ali Sovet sədrinin istefası tələbi ilə çıxış etdi. “8-ci kilometr” qəsəbəsində məskən salmış qiyamçılar şəhər istiqamətində hücuma cəhd etdilər. Lakin onların qarşısı alındı. 2. Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin müqaviləsinin” imzalanması. İstehsalı inkişaf etdirmək, Azərbaycan yeritdiyi “açıq qapı” siyasətinə uyğun olaraq, xarici investitorlara və kreditorlara təminat verən, onları müdafiə edən qanunlar qəbul edilməsi, xarici investisiyanın daha geniş cəlb olunmasına imkan verdi. Beynəlxalq Valyuta fohdu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqədar yaradılmışdı. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta fondu Azərbaycana 1 milyard 300 milyon dollardan çox kredit vermişdi (105, v. 102). H.Əliyevin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç, Rumıniya və s. ölkələrə rəsmi və işgüzar səfərləri nəticəsində həmin dövlətlərlə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətləri yaradılmışdı. Bu ölkələrlə imzalanmış 90-a yaxın mühüm sənəd Azərbaycanın Avropa iqtisadi münasibətləri sisteminə inteqrasiyası prosesini süətləndirdi. 1994-cü il sentyabr 20-də imzalanmış “Əsrin müqaviləsi”nə əsasən 30 neft şirkəti ilə 57 milyard sərmayə 309 qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi imzalandı. SELF-5 qazma qurğusu yenidən qurulub “İstiqlal” adı ilə istifadəyə verildi. 2000-ci ilin “Qurtuluş” müasir qazma qurğusu işə salındı. “Çıraq” platformasından 120 m dərinlikdə 176 km-lik neft kəməri çəkildi. Sanqaçal Terminalı tikildi (18, s. 85; 22). “Əsrin müqaviləsi”nə uyğun olaraq çıxarılan neftin Avropa bazarlarına satılması üçün 2-Bakı-Novorossiysk və Bakı-Supsa (Gürcüstan) neft kəmərləri çəkildi. ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan Respublikaları arasında bağlanan müqavilələrin reallaşmağa başlaması əsrin sonuna kimi Azərbaycan Neft Fonduna 230 mln. ABŞ dolları həcmində vəsait gətirdi. 1998-ci il sentyabrın 8-də Bakıda İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi. “Avropa-Qafqaz-Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalandı (58, s. 394). Bu konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşdirildi. Azərbaycanın TASİS və TRASEKA proqramları çərçivəsində Avropa İqtisadi Komissiyası ilə əməkdaşlığı nəticəsində respublikamızın nəqliyyat kommunikasiyalarından istifadə edilməklə Avropa-Asiya istiqamətində tranzit yüklərinin daşınmasının həcmini 10 dəfələrlə artırdı. 2002-ci ilin sonunda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi barədə razılıq əldə olundu. 2006-cı il iyulun 13-də Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi başa çatmışdır və Azərbaycanın “qara qızılı”nın dünya bazarına çıxarılması təmin olunmuşdur. 2005-ci ilin fevral ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından ilkin neft çıxarılmasına başlanmışdır. 2003-2006-cı illərdə istehsal edilmiş ümumi sənaye məhsulunun 61%-dən çoxu mədən-çıxarma sənaye sahəsinin payına düşürdü. 2006-cı ildə Azərbaycanda 32 milyon ton neft, 2007-ci ildə 47 milyon ton neft, 2009-cu ilin sonu üçün 50 milyon ton neft hasil olunmuşdur. İnşası 2004-cü ildə başlanmış və 2006-cı ildə başa çatdırılmış Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə 2007-ci il iyulun 3-də Şahdəniz qazı Cənubi Qafqaz boru kəməri ilə Tür- 310 kiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Bakı-Tiflis-Ərzurum qaz kəməri Azərbaycanın, Gürcüstanın və Türkiyənin qaza olan tələbatını ödəməklə yanaşı, Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstana və digər Avropa ölkələrinə ötürülməsində mühüm pol oynayır. Azərbaycan qazının Avropaya çıxarılmasını nəzərdə tutan Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Qaz Kəməri (TAP) layihələri Avropanın enerji təchizatında xüsusi rol oynayırlar. Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ilkin mərhələdə ildə 10 miyard, sonra isə 20 milyard kub metr qazın nəql edilməsi proqnozlaşdırılır. 3 trilyon kub metr qaz ehtiyatına malik olan Azərbaycanın iştirakçı olduğu bu layihəyə 45 milyard dollar məbləğində sərmayə qoyulması və kəmərin keçdiyi ölkələrdə 30 mindən çox iş yerlərinin açılması nəzərdə tutulur. Dövlət Neft Fondunun 2013-cü ildə maliyyə aktivləri 36 milyardı ötmüşdür (14, s. 364). Ümumi Daxili Məhsul istehsalı (UDM) 2003-2013-cü ilərdə 3 dəfədən çox artmışdır. Belə ki, 2012-ci ildə UDM-un adambaşına düşən həcmi 5800 manatdan (7500 ABŞ dollarina yaxın) çox, 2013-cü ildə UMD-un həcmi 73,5 milyard ABŞ dollarına çatmış və adambaşına düşən UDM istehsalı 8392 manata (10700 ABŞ dollari) yüksəlmişdi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikilib başa çatdırılması 2014-cü ildə nəzərdə tutulmuşdur. Bu dəmiryolu xətti Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətə malikdir. Yeni neft strategiyası Azərbaycan üçün, onun möhkəmlənməsi və inkişafı üçün çox önəmli əhəmiyyətə malikdir. 311 III BƏND: Azərbaycan dünyavi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmaq yolunda (90-cı illərin ikinci yarısı-XXI əsrin əvvəli) Plan: 1. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi. 2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş. 3. Xarici siyasət. 4. Azərbaycan XXI əsrin əvvəllərində. 5.Azərbaycan dünya birliyində. 1. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi 1995-ci ilin ortalarında Azərbaycanda artıq ictimai-siyasi sabitlik yaradılmışdır. Respublikada demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri sürətlə davam etdirildi. Komissiya tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyası” layihəsi hazırlandı. Layihə ümumxalq müzakirəsindən keçdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edildi. Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyanın 158 maddəsindən 48-i insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsi və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. kimi niyyətlər təsbit olunmuşdu. Konstitusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Azərbaycan xalqını yalnız onun demokratik surətdə seçdiyi səlahiyyətli nümayəndələri təmsil edə bilər. Əsas qanunda dilindən, dinin- 312 dən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Konstitusiyada ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgüsünün müəyyən edilməsidir. Konstitusiyaya görə dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür. Qanunvericilik hakimiyyətini Milli Məclis, icra hakimiyyətini Prezident və məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Preziden ali icra hakimiyyətinin vəzifəsini yerinə yetirməklə bərabər, həm də dövlətin başçısı, bütün xalqın təmsilçisi və onun vahidliyinin rəmzidir. Bu, Azərbaycan Respublikasının quruluş etibarı iləPrezident respublikası olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan tarixində ilk dəfə olaraq, özündə məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit edir. Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişməzdirlər. Azərbaycan demokratik cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən biri də, yerli özünüidarə orqanlarının təsis edilməsidir. Dövlət orqanları bütövlükdə ümumdövlət, ümummilli mənafelərin həyata keçirilməsi ilə məşğul olurlarsa, yerli özünüidarə orqanları birinci nəvbədə yerli inkişaf mənafelərini təmin edirlər. Onlara yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri aid edilmişdir. Konstitusiyaya görə yerli özünüidarəni seçkilər əsasında yaradılan bələdiyyələr həyata keçirir. Beləliklə, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə ölkədə azad bazar iqtisadiyyatına əsaslanan dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın hüquqi əsası yarandı. H.Əliyev Şərq və müsəlman ölkələri tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasında ölüm cəzasının ləğvinə nail oldu. Amnistiya aktlarının 10 minlərlə insana tətbiq edilməsi, ölüm cəzasına məhkum olunmuş insanları bağışlanması sivil, humanist cəmiyyət quruculuğunda əhəmiyyətli addımlardır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində Müstəqil Azərbaycanın ilk demokratik parlamenti yaradıldı-125 deputat seçildi. Beynəlxalq hüquq normalarına uyğun qanunlar 313 hazırlamaq məqsədilə 1996-cı ilin fevralında Prezident yanında xüsusi hüquqi islahatlar komissiyası yaradıldı. Dövlət idarəetmə sistemində islahatlar üçün proqram hazırlandı. Bununla əlaqədar 1998-ci ilin dekabrında Prezidentin fərmanı verildi, xüsusi komissiya yaradılda. Azərbaycan Prezidenti 1998-ci ilin fevralında “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” fərman imzaladı. Prezidentin 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzura ləğv edildi. İnsan huquqlarının təmin olunma mexanizmi üçün bir sıra qanunlar qəbul edildi. 1998- ci il fevralda Prezidentin təşəbbüsü ilə Respublikada ölüm cəzası ləğv olundu. 1993-2000-ci illərdə amnistiya yolu ilə 40 min nəfər məhkumlardan azad edildi. 1998-ci ildə Konstitusiya məhkəməsi yaradıldı. 2000-ci ildə hakimlərin xüsusi test imtahandan keçməsi təgrübəsi tətbiq olunmağa başlandı. Narkomanlıq və narkobizneslə mübarizə üzrə komissiya yaradıldı. 1998-ci il oktyabrın 11-də xalq alternativ Demokratik dəyərlərə söykənən vətəndaş cəmiyyəti qurmaq yolu ilə insanların azad siyasi və ictimai fəaliyyəti üçün imkanlar yaradan demokratik təsisatların, o cümlədən çoxpartiyalı sistemin və ictimai birliklər şəbəkəsinin bərqərar olmasından keçir. Müstəqillik dövründə respublikamızda çoxsaylı siyasi partiyaların, ictimai təşkilatların, birliklərin təşəkkülü və inkişafı prosesi getmişdir. Onlar Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında”, “İctimai birliklər haqqında”, “Həmkarlar ittifaqları həqqında” və digər qanunlar əsasında yaradılıb fəaliyyət göstərirlər. 1990-cı ildə “Azərbaycan Sosial-Demokrat”, “Ana vətən” partiyaları, 1991-ci ildə “Azərbaycan İslam Partiyası”, “Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı” kimi siyasi təşkilatlar və “Azərbaycanın Qarabağa Nicat Cəmiyyəti” yaradıldı, 1992-ci ilin yayında “Azərbaycan Milli İstiqlal Partiyası”, “Türk Dünyası Birliyi Partiyası”, “Çağdaş Turan Partiyası”, ‘Müsavat Partiyası”, “Yeni Azərbaycan Partiyası”, “Azərbaycan Demokratik Partiyası”, 1993-cü ildə “Azərbaycan Yeniləşmiş Kommunist Partiyası”, “Azərbaycan Vahid Kommunist Partiyası’, “Azərbaycan Liberal Partiyası” və s. 1994-cü ildə “Azərbaycan Əmək Partiyası”, “Milli 314 Dövlətçilik Partiyası”, 1995-ci ildə AXC siyasi təşkilatı zəminində “Azərbaycan Xalq Cəbhəsi Partiyası”, “Sahibkarların Demokratik Partiyası” və s. partiyalar və siyasi birliklər yaradılmışdı. Bundan başqa Azərbaycanda “Vətən Cəmiyyəti”, “Heydər Əliyev Fondu”, “Azərbaycan Mədəniyyət Fondu”, “İnkişaf Assosiasiyası”, H.Z.Tağıyev adına “Xeyriyyə Fondu”, “Bakı İncəsənət Mərkəzi”, respublikada yaşayan azsaylı etnik qrupların mərkəzləri, birlikləri və icmaları yaradılaraq, fəaliyyət göstərməkdədirlər. 1992-ci ildə “Azad Müəllimlər Birliyi”, 1993-cü ildə 30-dan yuxarı sahə Həmkarlar İttifaqlarını özündə birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təşkil olunmuşdu. 1999-cu ilin ortalarında Azərbaycanda 50-dən çox siyasi partiya və ictimai təşkilat mövcud idi. Artıq 2000-ci ildə Respublikada rəsmi qeydə alınmış 34 siyasi partiya, 1000-dən çox ictimai birlik və təşkilat, o cümlədən 30-a qədər hüquq-müdafiə təşkilatı və 500-dən çox kütləviinformasiya vasitəsi fəaliyyət göstərirdi. Siyasi partiyaların sıralarında 410 min nəfərdən çox adam birləşmişdi. Ondan 230 min nəfəri YAP-ın üzvü idi (12, s. 279). 1999-cu il dekabrın 12-də Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi. 2000- ci il noyabrın 5-də tərkibinin əksəriyyətini YAP-çılar təşkil edən 4 siyasi partiyanın nümayəndələrindən ibarət yeni parlament seçildi. 1998-ci ilin yanvarında yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi sonradan “Ailə və Qadınlar Problemləri Dövlət Komitəsi”nə çevrilmiş, 2000-ci ilin martında “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Prezident fərman vermişdir. Ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26 Gənclər və İdman Nazirliyi yaradılmışdır. Prezident Heydər Əliyevin imzası ilə 1999-cu il iyulun 29- da “Dövlət gənclər siyasəti haqqında” fərman verilmişdir.1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, 2001-ci ilin dekabrnda “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında”, 2002-ci ilin oktyabrnda “Milli Televiziya və Radio Şurası” yaradılması haqqında sərəncamlar və s. kütləvi informasiya vasitələrinin inkişafında mühüm 315 rol oynamışdır (12, s. 280-282). 1992-ci il avqustun 30-da Azərbaycan Respublikasının Konstitusiyasına rəğmən qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” qanun 1996-cı ildə daha da təkmilləşdirilərək milliyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan insanların dini dəyərlərini qoruyub inkişaf etdirilməsinə imkan yaratdı. Bütün yuxarıda göstərilən əsaslar respublikamızda dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın uğurla getməsinə təminat yaradılmasından xəbər verir. 2. Azərbaycanda sosial-iqtisadi və mədəni dirçəliş SSRİ-də 80-ci illərin ikinci yarısında başlanan siyasi proseslər Azərbaycanın da iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbələr vurdu. 400 mindən çox neft quyusunda hasilat dayanmışdı. Milli gəlirin 1/3 müharibəyə xərclənirdi. Ərazimizin 1/4 hərbi əməliyyat meydanına çevrilmişdi. 1 mln. ha kənd təsərrüfatı sahəsi, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 200-dən çox faydalı qazıntı yataqları, o cümlədən 4 qızıl, 3 civə, 2 qranit, 2 mərmər, 10 mineral su mədəni, 250 min ha meşə sahəsi, o cümlədən Zəngilanda dünyada II, Avropada isə I olan 107 ha çinar meşəsi düşmən əlinə keçmişdi. H.Əliyev tez bir zamanda dövlət intizamını gücləndirib, siyasi sabitlik yaratdı və iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görməyə başladı. 1994-cü ilin əvvəllərində milli valyutamanat yeganə ödəniş vasitəsi oldu. Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı ilə müqavilələr bağlandı. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına qoşuldu. Büdcə kəsirinə ciddi nəzarət edildi, onun artmasına yol verilmədi. Nəticədə 1995-ci ildə inflyasiya kəskin surətdə azaldı. 1998-ci ildə tam aradan qalxdı. Manatın məzənnəsi dollara nisbətən artdı. 1995-1997-ci illərdə 20 min kiçik dövlət müəssisəsi özəlləşdirildi. Gömrük vergisi azaldıldı. 1994-cü ilin aprelində xarici ticarətin sərbəstləşdirilməsi haqqında fərman verildi. 1994-1995-ci illərdə neftayırma zavodlarında 2 yeni 316 ALOW-2 qurğusu işləməyə başladı. Sumqayıtda, 2000-ci ildə Şəmkir-Yenikənd su-elektrik stansiyası istifadəyə verildi. 1995-ci ilin martında “Dövlət aqrar islahatı” Komissiyası yaradıldı. “Torpaq islahatı haqqında” Qanun 1996-cı il iyulun 16-da qəbul edildi. Bu qanuna görə torpaq kənddə yaşayan vətəndaşların xüsusi mülkiyyətinə pulsuz verildi. Respublikanın vahid torpaq fondu əsasında 3- dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən olundu. Kənd təsərrüfatı torpaqlarının 22%-i-1 miln. 911 min ha xüsusi, 45%-i dövlət, 33%-i bələdiyyə mülkiyyətinə verildi. “Dövlət torpaqları haqqında”, “Torpaq vergisi haqqında” qanunlar, bunlara uyğun normativ aktlar qəbul olundu. 1996-cı ilin iyulunda Aqrar kredit kassaları yaradıldı. Respublikada 3,5 mln. vətəndaşa torpaq payı ayrıldı. Əsrin sonlarında kənd təsərrüfatında sahibkarlığa əsaslanan 23 min kəndli (fermer) təsərrüfatı, yüzlərlə istehsal kooperativi, kiçik müəssisə fəaliyyət göstərirdi. 2001-ci ilin əvvəllərində respublikada 1 milyon 300 min ha torpaq özəlləşdirilmişdi (19, s. 79-83). 1996-cı ilin oktyabrında “Sudan pullu istifadə haqqında əsasnamə” qəbul olunması meliorasiya xidmətinin yaxşılaşdırılmasına imkan yaratdı. Azərbaycan 100-dən çox ölkə ilə ticarət əlaqələri saxlayırdı. Qaçqın və məcburi köçkunlərin problemlərini sistemli şəkildə həll etmək və sosial müdafiəsini gücləndirmək məqsədi ilə 1998-ci il sentyabrın 17-də xüsusi Dövlət Proqramı qəbul edilmişdi. Dövlət Proqramına müvafiq olaraq, 1998-2001-ci ilərdə bir sıra rayonlarda yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, kommunikasiya xətlərinin, məktəblərin, tibb məntəqələrinin bərpası, təsərrüfatla məşğul olmaq üçün əkin sahələrinin ayrılması, yeni iş yerlərinin yaradılması istiqamətində çoxlu işlər görülmüşdü. Qaçqın və məcburi köçkünlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılmaq və məşğulluğunu yüksəltmək məqsədi ilə Azərbaycan Respublikasında Dünya Bankının, digər beynəlxalq, qeyri-hökumət və kredit təşkilatlarının maliyyə dəstəyi əsasında 1999-cu ilin dekabrında Sosial İnkişaf Fondu yaradılmışdı. Bir qrup ədəbiyyat, incəsənət və elm xadiminə, gənc istedadlara fərdi təqaüdlər müəyyən edildi. 2002-ci 317 ilin iyunundan etibarən xalq qarşısında mühüm xidmətləri olan şəxslərə yüksək Prezident təqaüdü verilməyə başlandı. “Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə dövlət Proqramı” hazırlandı. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı. 1994-cü ildə “Əhalinin sağlamlığının qorunması haqqında” qanun qəbul edildi. Səhiyyə təşkilatlarının özünümaliyyələşdirmə sisteminə keçməsi haqqında xüsusi proqram hazırlanıb həyata keçirilməyə başlanmışdı. Demək olar ki, 2003-cü ildə respublikada 414 tibb müəssisəsi əhaliyə pulla xidmət göstərirdi. Azərbaycanın bir dövlət kimi qarşıya qoyduğu məqsədlərdən biri də ordunun Vətənə, Azərbaycan xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığa malik milli hərbi kadrların yetişdirilməsində müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsidir. Prezident Heydər Əliyevin 1999-cu il 20 fevral tarixli fərmanı ilə Hərbi Akademiya yaradılmışdır. Azərbaycanın 3,3 milyard dolları keçən illik hərbi büdcəsi Milli ordumuzun ən yeni hərbi texnika, silah-sursat və digər döyüş vasitələri ilə təchiz edilməsinə sərf olunur. Hərbi Dəniz Qüvvələri gəmilərinin, Hərbi Hava Qüvvələri isə Rusiya, Ukrayna və Belorusiyadan alınan döyüş təyyarəsi və helikopterlərin, İsraildən isə alınan yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin sayına və hərbi-texnika imkanlarına görə Azərbaycan regionda ən güclü hava qüvvələri və donanmaya malik dövlətə çevrilmişdir. Mədəni dirçəliş. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasının mədəni, mənəvi həyatında mühüm dəyişikliklər baş vermişdi. 1991-ci ilin dekabrında latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması haqqında qanun qəbul edildi. 1992-ci ilin ortalarında “Türkdilli ölkələrin Mədəniyyət Nazirliklərinin daimi Konseyni”, 1993-cü ildə isə onun icra qurumu-TÜRKSOY yarandı. 1993-cü ildən başlayaraq Respublikada mədəni-maarif inkişafı üçün bir sıra tədbirlər həyata keçirildi. 1993-cü ildən ali məktəblərdə 2 bakalavr və magistr pilləli təhsilə keçildi. Özəl təhsil müəssisələri meydana gəldi. Ümumən, respublikanın şəhərlərində, 318 hətta qəsəbələrində121 özəl ali məktəb təşkil olunmuşdu. Onlardan ancaq 18-nin dövlət lisenziyası var idi. Bakıda ev-muzeyləri yaradıldı. 1996-cı ilin payızında Füzulinin 500 illik yubileyinə dünyanın hər yerindən qonaqlar-ədəbiyyatşünas alimlər, yazıçılar gəlmişdi. 1996-cı ilin payızında YUNESKO ilə əməkdaşlıq haqqında memorandum imzalandı. 1997-ci ilin yazında isə Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu. 1997-ci ilin noyabrında qəbul olunmuş “Mədəniyyət haqqında” qanun xalqın mənəvi aləmini zənginləşdirmək sahəsində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. 2000-ci ilin aprelində möhtəşəm ədəbi-tarixi abidənin “Dədə Qorqud dastanı”nın 1300 illik yubileyi Bakıda böyük təntənə ilə keçirildi. M.F.Axundzadə adına Respublika kitabxanası 1998-ci ilin aprelindən Milli Kitabxana statusu aldı. Prezident H.Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ölkədə ali təhsilin təşkili və inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Xüsusən milli tariximizin yenidən, obyektiv yazılması və tədrisi diqqət mərkəzində idi. Yeni tədris proqramlarının və dərsliklərin hazırlanması, orta məktəblərdə buraxalış imtahanlarının test üsulu ilə aparılması, tələbə qəbulu üzrə dövlət komissiyasının işinin təkmilləşdirilməsi və s. tədbirlər təhsil islahatı proqramının tərkib hissələridir. Azərbaycan Prezidenti H.Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 17 dekabr, “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanlarında son 2 əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyonlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım siyasəti ifşa olunmuşdur. 90-cı illərin ortalarında informasiya nazirliyində 600-ə qədər informasiya vasitəsi qeydə alınmışdı. Azərbaycan Mədəniyyət Fondu yanında azsaylı xalqların mədəniyyətinin qorunması və inkişafı üzrə şura yaradıldı. Azərbaycan alim- 319 ləri mühüm əhəmiyyətli 100-dən çox kəşflər etmişlər. 7 cildlik “Azərbaycan tarixi” yazılıb nəşr olundu. 1997-ci ilin noyabrında Azərbaycan yazıçılarının X qurultayı keçirildi. Dövlət teatrları ilə yanaşı ictimai, özəl teatrlar, müstəqil kinostudiyalar təşkil olunmuşdu. 90-cı illırin əvvəllərində respublikanın şəhər və qəsəbələrində meydanlar, parklar “Monumental kommunist təbliğatı”na xidmət edən heykəl və abidələrdən təmizləndi. Dağüstü parkda “Şəhidlər Xiyabanı” salındı. 1998-ci ilin oktyabrında Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə 21 metr hündürlüyündə abidənin və əbədi məşəlin açılışı oldu. 1997-ci ildə İlham Əliyev İdman Komitəsinə sədr seçildikdən sonra 2000-ci ilin oktyabrında Bakıda Olimpiya İdman Kompleksi istifadəyə verildi. İdmançılarımız 1996-cı ildə XXVI və 2000-ci ildə XXVII yay Olimpiya oyunlarında uğurla iştirak etdilər. 3. Xarici siyasət Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi Azərbaycan dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması Prezident H.Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyonlü xarici siyasətin ana xəttini təşkil edirdi. Təkcə 1993-1998-ci illərdə bu məqsədlə Prezident 33 ölkəyə 79 səfər etmiş, xarici ölkələrlə Azərbaycan arasında 431 beynəlxalq sənəd imzalanmışdı. Türkiyə ilə hərtərəfli əməkdaşlıq suveren Azərbaycanın xarici siyasətində əsas yer tutmuşdur. H.Əliyevin İran İslam respublikasına, Səudiyyə Ərəbistanına, Misirə, Pakistana, Çin Xalq Respublikasına, Yaponiyaya rəsmi və işgüzar səfərləri, Asiya və Sakit okean regionunun digər dövlətləri, eləcə də, Afrika və Latın Amerikası ölkələri ilə əməkdaşlıq, çox böyük əhəmiyyət kəsb etmişdi. 1994-cü ilin mayında Azərbaycan Respublikasının NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmuşdu. Respublika Prezidenti 1994-cü ilin sentyabrında BMT-nin 49- cu və 2000-ci ilədək yubiley sessiyalarının tribunasından Azərbay- 320 can həqiqətlərini bütün dünyaya çatdırmışdı. Azərbaycanın xarici siyasətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkidatındakı (ATƏT) fəaliyyəti mühüm rol oynayır. O, hələ 1992-ci il iyunun 10-da bu təşkilata daxil olmuşdu. Prezident H.Əliyevin səyi nəticəsində 1994-cü il mayın 12-də ATƏT-in Minsk qrupu və Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanmışdı. 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən sammitdə Prezident H.Əliyevin təşəbbüsü ilə ATƏT-in Minsk qrupu yaradılmışdı. ATƏT-in 1996-cı ilin dekabrında keçirilən Lissabon sammitin nəticələri Azərbaycan diplomatiyasının mühüm nailiyyəti olmuşdu. Sammitdə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində ATƏT-in üzvü olan 54 ölkənin 53-ü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş Bəyanatda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir (58, s. 368, 377; 32, s. 46-70). 1997-ci ildə iqtisadi artımı sürətləndirmək məqsədilə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova GUAM adlı təşkilat yaratdılar. 1999-cu ilin noyabrında İstanbulda nöbəti zirvə görüşündə 1990-cı ildə Parisdə imzalanmış xartiyadan sonra dünyada baş vermiş döyük dəyişiklikləri əks edən yeni xartiya imzalandı. Azərbaycan bir daha dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu sübut etdi. Sammitdə Bakı-Ceyhan əsas ixrac neft kəməri haqqında sazişin imzalanması Azərbaycanın gələcəyi üçün sox böyük əhəmiyətə malikdir. 4. Azərbaycan XXI əsrin əvvəllərində İctimai-siyasi sabitliyin yaradılması, demokratik prinsiplərin bərqərar olması sahəsində ardıcıl addımların atılması Azərbaycan cəmiyyətinin və ictimai-siyasi qüvvələrin anarxiyadan demokratiyaya və qanunçuluğa keçidi yolunda ciddi dönüş yaratdı. Avropa Şurasına üzv qəbul olunduqdan sonra, Azərbaycan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşuldu. 2001-il dekabrın 28-də Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə 321 Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiyasının Qanunu qəbul edildi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 20 mart tarixli fərmanı verildi. Prezident 2001-ci il mayın 23-də Dünya azərbaycanlılarının təşkilatlanması yolunda imzaladığı sərəncama müvafiq olaraq noyabrın 9-10-da Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Milli Məclis “Xaricdə yaşayan azərbaycanlılara münasibətdə Azərbaycan Respublikasının dövlət siyasəti haqqında” qanun qəbul etdi. 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Prezidenti H.Əliyevin fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. 2003-cü il avqustun 4-də 42 yaşlı İlham Əliyev Respublikanın Baş naziri vəzifəsinə təyin edildi. Oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Baş nazir İlham Əliyev ölkə Prezidenti seçildi. 2003-cü il dekabrın 12-də ümummilli lider Heydər Əliyev vəfat etdi. Ümummilli liderin xatirəsini əbədiləşdirmək üçün Respublikanın Milli Məclisi 2005-ci ilin aprelində “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında Qanun qəbul etdi. Bu ordenlə ilk dəfə Prezident İlham Əliyev və türk dünyasının görkəmli şəxsiyyəti İhsan Doğramaçı təltif olundular. Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarlarına nəql edilməsindən ibarətdir. 2002-ci il sentyabrın 18-də Səngəçal sahil terminalında Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixras Boru Kəmərinin Azərbaycan hissəsinin təməli qoyulmuşdur. Belə bir mərasim 2003-cü il mayın 23-də Gürcüstan ərazisində həyata keçirilmişdi. 2001-ci il martın 12-də Türkiyə Cümhuriyyəti, sentyabrın 29-da isə Gürcüstan Respublikası ilə Bakı-Tbilisi-Ərzu- 322 rum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında sazişlər imzalanmışdır. 2003-cü il fevralın 27-də bu layihənin inşasına başlandı. 2003-cü il iyulun 24-də “Lider” yarımdalma dəniz qazma qurğusu istifadəyə verilmişdir. 2005-ci ilin fevralında “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsindən ilkin neftin hasilatına başlanmışdır. Azərbaycanda aparılan aqrar islahatların səviyyəsi ondan ibarətdir ki, kənd təsərrüfatında torpaq sahələri ilə yanaşı, bütün əmlak və texnika özəlləşdirilmişdir. 2002-ci il avqustun 27-də Respublika Prezidenti yanında Sahibkarlar Şurası yaradıldı. 1998- 2002-ci illərdə 1 saylı Bakı İstilik Elektrik Mərkəzinin (İEM), Mingəçevir SES-in, “Şimal” DRES-in yenidən qurulması, Bakı ətrafında yüksək gərginlikli şəbəkələrin yeniləşdirilməsi, Yenikənd SES-in üç blokunun istifadəyə verilməsi nəticəsində elektrik enerjisi istehsalı xeyli artmışdı. 2001-ci ildə Yaponiyanın İqtisadi Əməkdaşlıq Bankından alınan kreditlər hesabına Sumqayıtda Etilenpropilen zavodu əsaslı şəkildə yenidən qurulmuş, burada yüksək təzyiqli buxar qurğusu işə salınmışdır. Dünya Bankının krediti hesabına Neftçalada yeni Balıqyetişdirmə zavodu işə salınmışdır. Xaçmazda istifadəyə verilmiş “Şimal” konserv zavodu bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsi, yerli və xarici sahibkarların iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymalarına nail olmaq sahələrində Azərbaycan dövlətinin səmərəli siyasət yeritdiyini sübut edir. 2003-cü il iyulun 7-də Avropa Komissiyasının maliyyə köməyi ilə inşa olunmuş Bakı metropoliteninin 20-ci stansiyası olan H.Aslanov stansiyası işə salındı. 2002-2005-ci illər üçün “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər iqtisadi və sosial sahələri tam əhatə etmişdir. 2004-cü ilin 11 fevralında qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”na müvafiq olaraq 2004-cü ildə müxtəlif bölgələrdə 20- dən çox yeni sənaye obyekti işə salınmış, 135 mindən artıq iş yeri 323 açılmışdır. Ölkəmizin valyuta ehtiyatlarının miqdarı 1 mlrd. 800 min dollara çatmışdır. Elm, təhsil, səhiyyə, idman, turizm, ətraf mühitin mühafizəsi problemləri dövlətin diqqət mərkəzində idi. 2002-ci ilin avqustunda MEA-nın 500-dən çox əməkdaşını birləşdirən Naxçıvan bölməsi yaradıldı. Yüksək məhsuldarlığı və müxtəlif xəstəliklərə qarşı davamlı olması ilə fərqlənən yeni bərk buğda sortlarının genetikası və seleksiyası sahəsində ciddi elmi nəticələr əldə edilmişdir. Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər 2005-ci ildən 3 dəfədən çox artmışdır. Dövlət büdcəsi və Heydər Əliyev Fondunun maliyyə mənbələri hesabına son illərdə respublikada 2200-dən çox məktəb binası inşa edilmişdir. Azərbaycanda 4,5 mindən çox ümumtəhsil məktəbi, onlarla litsey və gimnaziya yaradılmışdır. Ali məktəblərdə 120 mindən çox tələbə təhsil alırdı-30-dan çox xarici ölkənin 2-3 mindən çox vətəndaşı var. Xaricdə ali təhsil almağa şərait yaradılmışdır. 2007-ci ilin aprelin 16-da qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq yüzlərlə gəncin xaricdə dövlət hesabına təhsil almasına Dövlət Neft Fondu tərəfindən hər il 10-15 milyon manat pul ayrılmışdır. Bu proqram çərçivəsində indiyədək minlərlə Azərbaycan gənci ABŞ-a, Avropa və Asiyanın ən inkişaf etmiş ölkələrinə ali təhsil almaq üçün göndərilmişdir (14, s. 368). Prezidentin “Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” fərmanına uyğun olaraq 2003-2007-ci illər üçün həmin məsələyə dair məqsədli Proqramın həyata keçirilməsi başlanıldı. 2001-ci il sentyabrın 1-də dünya standartlarına cavab verə biləcək özəl orta ümumtəhsil məktəbi olan 2004-cü ilin sentyabrından ümum milli lider H.Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başlamışdı. Prezident İ.Əliyev “Bilik gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” və “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyası və kommunikasiya texnologiyaları ilə təminatlı proqramı”na (2005- 2007) dair fərmanlar imzalamışdı (21 avqust 2004). 2001-ci il 18 324 iyul tarixli fərmanla avqustun 1-dən etibarən Azərbaycanda latın əlifbasına keçilməsi, mətbuatın, təhsilin, rəsmi yazışmaların və çıxışların ana dilində olması barədə tədbirlər həyata keçirilməsinə başlanmışdır. Prezident 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalamışdır. Həmin fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. İ.Əliyevin “Azərbaycan Respublikasının milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən çoxlu bədii nəşrlər olmuşdur. 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən “Təhsil haqqında” qanun qəbul olunmuşdur. Avropada vahid ali təhsil sisteminə inteqrasiya məqsədini qarşıya qoyan Azərbaycan Respublikası 1999-cu ildə başlayan Boloniya prosesinə 2005-ci ildə qoşulmuşdur. 2009-cu ildə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram qəbul edildikdən sonra Azərbaycan elminin geologiya, neft və neft-kimya, biologiya, kimya, fizika, riyaziyyat sahələrində yeni kəşflər edilmişdir. Neftçıxarma sahəsində radiotexnologiya üsulları tətbiq olunmuş, reaktiv mühərriklər üçün yeni yanacaq kəşf olunmuş və mülki aviasiyada uçuşların təhlükəsizliyinin elmi əsasları yaradılmışdır. Beynəlxalq İnkişaf Asossiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvan Muxtar Respublikasında Mominə xatın və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma işlərinə başlanmışdır. 2002-ci ildə Respublika Abidələrin Bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət tarixi-memarlıq kompleksi YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına 325 daxil edilmişdir. İslam mədəniyyətinə xidmət edən yeni-yeni məscidlərin inşa edilməsi və ya yenidən qurulması, musiqinin müxtəlif janrları və mədəbiyyətin digər janrları üzrə vaxtaşırı müsabiqələrin keçirilməsi, Bakıda xüsusi “Muğam evi”nin tikilib istifadəyə verilməsi buna bariz misallardır. 2005-2013-cü illər arasında 4 Muğam Televiziya Müsabiqəsi keçirilmişdir. 2011-ci ildə Azərbaycan “Avroviziya” (Eurovision) mahnı müsabiqəsində qalib gələrək 39 iştirakçı dövlət içərisində I yeri tutmuşdu (14, s. 369). Bakı, Gəncə, Şəki, Quba, Bərdə və Naxçıvan şəhərlərində Olimpiya kompleksləri tikilib istifadəyə verilmişdir. 2001-ci ildə Azərbaycan Dünya Turizm Təşkilatının tamhüquqlu üzvü oldu. Azərbaycan idmançıları müxtəlif beynəlxalq miqyaslı idman yarışmalarında və Yay Olimpiya oyunlarında fəal iştirak edərək böyük uğurlar qazanmışlar, belə ki, təkcə 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları medalların sayını 10-a (2 qızıl, 2 gümüş, 6 bürünc) çatdırdılar. 5. Müstəqil Azərbaycan Respublikası dünya birliyində Azərbaycan Respublikası dünya birliyinin müstəqil, bərabərhüquqlu dövləti kimi beynəlxalq və regional təşkilat və qurumlarda təmsil olunmaq, öz hüquqi yerini təmin etmək sahəsində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərirdi. O, 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatına, 1992-ci ilin yanvarında ATƏM-ə (1994-cü ildən ATƏT), fevralında İran, Türkiyə və Pakistanın daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına, martında BMTyə, NATO-nun Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avropa-Atlantika Tərəfdaşlıq Şurası-(AATŞ)), noyabrında Avropa Olimpiya Komitəsinə, 1993-cü ilin sentyabrında MDB-yə (Müstəqil Dövlətlər Birliyi), 1995-ci ilin iyununda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, 1997-ci ilin noyabrında özunun təşəbüsü ilə təsis olunmuş QUAM-a qəbul olunmuşdu. Mühüm əhəmiyyətli bir hadisə-Avropa Şurasının 326 Nazirlər Komitəsinin 2001-ci ilin yanvar ayının 17-də keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması haqqında qərar qəbul edildi. Yanvarın 25-də isə Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının iqamətgahı qarşısında ölkəmizin dövlət bayrağı qaldırıldı. Azərbaycanın Avropa Şurasındakı parlament nümayəndə heyəti AŞ Parlament Assambleyasının (AŞPA) sessiyalarında, müxtəlif səviyyəli məclislərində böyük siyasi və diplomatik fəaliyyət göstərir. AŞ PA-nın 2001-ci il sentyabrın 24-də keçirilmiş payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən daha bir mühüm sənəd qəbul edildi. Bu sənədin əhəmiyyəti həm də ondadır ki, o Azərbaycanın işğaldan azad olunmaq üçün hər bir vasitəyə əl atmasına haqq verən beynəlxalq hüquqi sənəddir. Azərbaycan parlamentarilərinin Avropa Şurasında əldə olunmuş ən böyük nailiyyətlərdən biri də, 2003-cü ilin yanvar sessiyasında İ.Əliyevin yekdilliklə AŞ PA-nın vitseprezidenti və qurumun Büro üzvü seçilməsi oldu. İ.Əliyev Azərbaycan dövlətçilik tarixində belə bir mötəbər təşkilatın rəhbər orqanlarına seçilən ilk siyasətçidir. İ.Əliyev AŞ PA-nın sessiyalarında dəfələrlə Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu bəyan etmiş, onun işğal etdiyi Dağlıq Qarabağ, eləcə də, digər Azərbaycan ərazilərindən narkotik maddələrin qanunsuz istifadəsini ifşa etmişdir, Ermənistanın işğalçı olduğunu faktlarla əsaslandırmışdır. Azərbaycan dövlətinin xarici siyasət sahəsində fəaliyyətin əsas istiqamətlərindən birini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizə təşkil edir. Təəssüf ki, işğalçı Ermənistana qarşı beynəlxalq birliyin bitərəf mövqe tutması, BMT və ATƏT kimi qurumların öz təklif və qətnamələrini (822, 853, 874, 884) həyata keçirmək üçün təsirli tədbirlər görməməsi səbəbindən əməli nəticə vermir (26, s. 560). H.Əliyev dəfələrlə bildirmişdir ki, münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, lakin sülh imkanlarının tükənməsi Azərbaycanı öz torpaqlarını silahlı yolla azad etmək hüququndan istifadə etmək məcburiyyəti qarşısında qoya 327 bilər. Güclü orduya malik olan Azərbaycan dövləti buna qadirdir. ABŞ Ki-Uest şəhərindəki danışıqlarda H.Əliyev təcrübəli diplomat kimi Azərbaycanın milli mənafelərini ləyaqətlə təmsil və müdafiə etmişdir. Məhz onun qətiyyətli mövqeyi sayəsində Ki-Üest danışıqları zamanı ABŞ Dövlət Departamenti gec də olsa, Ermənistanı təcavüzkar dövlət kimi tanımışdır. H.Əliyevin Ki-Uest bəyanatı mühüm tarixi sənəddir. Azərbaycan diplomatiyasının səyləri nəticəsində Azərbaycan sürətlə Avroatlantika məkanına inteqrasiya olunur. 2004-cü ildə Azərbaycanın daha 20 ölkədə diplomatik nümayəndəlikləri, o cümlədən Təbrizdə konsulluğu açılmışdır. Qonşu İran, Rusiya və Türkiyə ilə münasibətlər daha da yaxşılaşmışdır. NATO ilə fərdi tərəfdaşlıq barədə razılıq əldə olunmuşdur. ABŞ Azərbaycanın strateji tərəfdaşına çevrilmişdir. 2 ildir ki, ABŞ Prezidenti Corc Buş “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişi dayandırmağa müvəffəq olunmuşdur. Bu ölkəmizə maliyyə yardımı ilə yanaşı, həm də mühüm əhəmiyyətli siyasi dəstək deməkdir. 2002-ci ilin martın 30-da ABŞ-ın Azərbaycana silah satışı üzərinə qoyduğu qadağan da ləğv olunmuşdur. Azərbaycanın NATO ilə tərəfdaşlıq proqramının genişlənməsinin nəticəsidir ki, onun 2002-ci ilin noyabrında keçirilmiş Praqa sammitində ölkəmiz NATO Parlament Assambleyasının Assosiativ Üzvlüyünə qəbul olunmuşdur. Azərbaycan dövləti Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Ukrayna ilə fəal siyasi, iqtisadi əlaqələr saxlayır, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında, bir çox beynəlxalq və regional problemlərin həllində strateji tərəfdaş kimi çıxış edir. Memarı Ulu öndərimiz H.Əliyevin olduğu yeni neft strategiyası daha da inkişaf etdirilmiş, Xəzər neft və qazının Avropaya öturulməsinin yeni: Türkiyə-Yunanıstan-İtaliya, Odessa-Brodi-Platsk-Qdansk, Nabukko “Cənub axını” və digər boru kəmərlərinin reallaçdırılması üçün marağı olan dövlətlər arasında danışıqların aparılmasına başlanılmışdır. “Qərb-Şərq” proqramının həyata keçirilməsində mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi gerçəkliyə çevrilməkdədir. Prezident İlham Əliyev Ermənistanın işğalçı olması 328 faktının BMT Təhlukəsizlik Şurasının və Avropa Şurasının sənədlərində ilk dəfə əks etdirilməsinə nail olmuş, 2008-ci il noyabrın 2- də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı RF, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva Bəyənnaməsinə imza atmışdır. 2009-cu ildə Ermənistan prezidenti ilə 9 görüşdə, 2010-cu il yanvarın 25-də Soçidə, 2011-ci ildə Praqada, 2013-cü il noyabrın 19-da Vyanada, 2014-cü il avqustun 11-də Soçidə, 2014-cü il 27 oktyabrda Parisdə keçirilən və başqa görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplərə uyğun olaraq dövlətin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olunması tələbi Azərbaycan dövlətinin xarici siyasətinin əsas xəttini təşkil edir. Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin 2002-ci il aprelin 30-da keçirilmiş Trabzon zirvə görüşündə “Terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər cinayətlərə qarşı mütəşəkkil mübarizə haqqında” Azərbaycan, Gürcüstan və Türkiyə arasında saziş imzalanmışdır. Xəzər dənizinin dibinin milli sektorlar əsasında bölüşdürülməsinə dair 2001-ci ilin yanvarında Azərbaycan Respublikası ilə RF arasında, noyabrında isə Qazaxıstan arasında bağlanmış sazişlər buna sübutdur. 2002-ci ilin aprelin 23-də Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair keçirilmiş zirvə toplantısında da müəyyən irəliləyişlər olsa da, İranın və Türkmənistanın bu məsələdə qeyri-konstruktiv mövqe tutması səbəbindən konkret nəticə əldə edilməmişdir. Hazırda Azərbaycan dünyanın 128 ölkəsi ilə ticarət münasibətləri qurmuşdur. Ticarət əlaqələrinin 80%-dən çoxu İtaliya, Rusiya, İngiltərə, Türkiyə, ABŞ, Türkmənistan, Almaniya, Yunanıstan, Qazaxıstan, İsrail, Fransa, Yaponiya, Malayziya və İran dövlətlərinin payına düşür. 2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və 2012-ci ilin yanvarından Respublikamız iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının ona verilmiş səlahiyyətləri layiqincə yerinə yetirmişdir. 2014-cü ilin yanvar ayında Azərbaycan Prezidenti İlham 329 Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda dövlətimizin layiqli təmsilçisi kimi iştirak etmişdir (14, s. 371-372). Prezident İ.Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində öz mövqelərini daha da möhkəmləndirmiş, yeni müttəfiq ölkələr qazanmış, beynəlxalq və regional təşkilatlarda iştirakını, onlarla əməkdaşlığını daha da intensivləşdirmiş, inkişaf sürətinə, iqtisadi potensialına görə Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. O, dünya birliyinin sayılan dövlətlərindən biri olmuşdur.